Gürcüstanın müdafiə naziri paraşütlə təyyarədən tullanıb

Gürcüstanın müdafiə naziri paraşütlə təyyarədən tullanıb Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin şəxsi heyəti suya enməyi nəzərdə tutan paraşüt hazırlığı üzrə proqram keçir.
Region
29 Sentyabr , 2021 11:16
Gürcüstanın müdafiə naziri paraşütlə təyyarədən tullanıb
Cuanşer Burçuladze
0 : 00
0 : 00

Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin şəxsi heyəti suya enməyi nəzərdə tutan paraşüt hazırlığı üzrə proqram keçir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Cuanşer Burçuladze hərbçilərlə birgə onların mübariz ruhunu yüksəltmək məqsədilə paraşütlə tullanmada iştirak edib. Tullanma modernləşdirilmiş “AN 2” təyyarəsindən həyata keçirilib.

İyirmi bir gün davam edəcək təlim proqramı fərqli ərazidə müxtəlif yüksəkliklərdən paraşütlə tullanma daxil olmaqla bir neçə mərhələdən ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi