Gürcüstanın müdafiə naziri Marneulidəki vəziyyətlə tanış oldu

Gürcüstanın müdafiə naziri Marneulidəki vəziyyətlə tanış oldu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili karantin zonası elan olunan Marneuli rayonuna səfər edib.
Region
24 Mart , 2020 04:18
Gürcüstanın müdafiə naziri Marneulidəki vəziyyətlə tanış oldu

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili karantin zonası elan olunan Marneuli rayonuna səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir müdafiə qüvvələrinin Marneulidə qurduğu xüsusi nəzarət-buraxılış məntəqələrinə baş çəkib, vəziyyətlə tanış olub.

Qeyd edilib ki, müdafiə qüvvələrinin nümayəndələri polislə birgə Marneuli və Bolnisiyə giriş-çıxışlara ciddi nəzarət edirlər.

Nazirə məlumat verilib ki, nəzarət-buraxılış məntəqələrinin yaxınlığında xüsusi çadırlar qurulub, həkim heyəti tibbi yoxlamalar aparır. Bölgəyə nəzarət dronlar vasitəsilə də həyata keçirilir. Karantin zonasından çıxan avtomobillər dezinfeksiyaedici vasitələrlə emal olunurlar.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə koronavirusun yayılmasının yüksək riski ilə əlaqədar dünəndən Marneuli və Bolnisidə ciddi karantin rejimi tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi