​Gürcüstanın müdafiə naziri: "Bizə Rusiyanın razılığı və icazəsi lazım deyil"

​Gürcüstanın müdafiə naziri: "Bizə Rusiyanın razılığı və icazəsi lazım deyil" Tinatin Xidaşvili: "Brüssellə bir dildə danışırıq və əsas məsələ bütün paytaxtları bu dildə danışmağa məcbur etməkdir"
Region
8 Fevral , 2016 19:39
​Gürcüstanın müdafiə naziri: Bizə Rusiyanın razılığı və icazəsi lazım deyil

Bakı. 8 fevral. REPORT.AZ/ NATO-ya üzv olmaq üçün Rusiyadan icazə almağa Gürcüstanın ehtiyacı yoxdur.

"Report" xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşvili ölkənin İctimai Televiziyasına müashibəsində bildirib.

"Rusiya bizi əlindən heç yerə buraxmaq istəmir.O, problemlər yaradır, bunun ardınca başqa dövlətlərə onun həlli yollarını göstərir. Rusiyanın razılığı və icazəsi bizə lazım deyil. Təəssüf ki, Rusiya bu vəziyyəti yaradan oyunçuya çevrilib. Onun yaratdığı neqativ yanaşma NATO-nun cəsarətli qarar qəbul etməsinə səbəb olur. Ötən ilin dekabrında NATO bildirib ki, quruma üzv olması üçün Gürcüstan bütün vasitələrə malikdir. İndi həm biz, həm də onlar pəncərənin açılması üçün daha çox səy göstərməliyik. Qonşuluğumuzda baş verənləri daha yaxşı görmək üçün çoxlu əmək sərf etməliyik. Belə ki, Rusiya həm bizim, həm də ümumi qonşumuzdur. Fikrimcə, biz Brüssellə bir dildə danışırıq. Əsas məsələ bütün paytaxtları bu dildə danışmağa məcbur etməkdir", - deyə Gürcüstanın müdafiə naziri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi