Gürcüstanın mərkəzi kitabxanasının direktoru intihara cəhd edib

Gürcüstanın mərkəzi kitabxanasının direktoru intihara cəhd edib Gürcüstanın Milli Parlament Kitabxanasının direktoru Giorgi Kekelidze intihara cəhd edib.
Region
21 May , 2022 13:55
Gürcüstanın mərkəzi kitabxanasının direktoru intihara cəhd edib
Giorgi Kekelidze

Gürcüstanın Milli Parlament Kitabxanasının direktoru Giorgi Kekelidze intihara cəhd edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Tbilisidəki xəstəxanalardan birinə yerləşdirilib.

G.Kekelidze bu gün feysbuk səhifəsində ölüm qabağı müraciəti xatırladan paylaşım edib. 38 yaşlı yazıçı uzun müddətdir depressiyadan əziyyət çəkdiyini və həyatını bu cür davam etdirmək istəmədiyini yazıb. O, ölümündə heç kəsi günahlandırmamağı xahiş edərək tanışları ilə sağollaşıb, doğmalarından bağışlanmasını istəyib.

Məsələ ilə bağlı kitabxananın yaydığı məlumatda G.Kekelidzenin həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi