Gürcüstanın Kiyevdəki səfirliyinin avtomobili yandırılıb

Gürcüstanın Kiyevdəki səfirliyinin avtomobili yandırılıb Naməlum şəxslər Gürcüstanın Kiyevdəki səfirliyinin xidməti avtomobilini yandırıblar.
Region
1 Avqust , 2021 15:33
Gürcüstanın Kiyevdəki səfirliyinin avtomobili yandırılıb

Naməlum şəxslər Gürcüstanın Kiyevdəki səfirliyinin xidməti avtomobilini yandırıblar.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə avqustun 1-ə keçən gecə qeydə alınıb.

"Avqustun 1-də, gecə Kiyevdə naməlum şəxslər Gürcüstanın Ukraynadakı səfirliyinin xidməti avtomobilini yandırıblar. Hadisə paytaxtın Peçersk rayonunda çoxmərtəbəli yaşayış binasının yaxınlığında baş verib. Alov yanğının başlamasından 15 dəqiqə sonra söndürülüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə qismən ziyan dəyib",- xəbərdə deyilir.

Son xəbərlər

Orphus sistemi