Gürcüstanın keçmiş ədliyyə naziri yeni hökumətdə təmsil olunacaq

Gürcüstanın keçmiş ədliyyə naziri yeni hökumətdə təmsil olunacaq O, vəzifəsini martın 22-dən etibarən yerinə yetirməyə başlayacaq
Region
19 Mart , 2021 18:35
Gürcüstanın keçmiş ədliyyə naziri yeni hökumətdə təmsil olunacaq
Tea Tsulukiani

Tea Tsulukiani Gürcüstanın mədəniyyət, idman və gənclər naziri təyin olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili sərəncam imzalayıb.

T.Tsulukiani vəzifəsini martın 22-dən etibarən yerinə yetirməyə başlayacaq.

Hökumət başçısının digər sərəncamı ilə Mixeil Çxenkeli təhsil və elm naziri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, T.Tsulukiani 2012-ci ildən 2020-ci ilin oktyabr ayınadək Gürcüstanın ədliyyə naziri olub. O, ötənilki parlament seçkilərində deputat seçilmişdi.

Son xəbərlər

Orphus sistemi