Gürcüstanın keçmiş baş naziri partiyasını gələn ay təqdim edəcək

Gürcüstanın keçmiş baş naziri partiyasını gələn ay təqdim edəcək Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya may ayında partiyasının təqdimatını keçirəcək
Region
29 Aprel , 2021 22:15
Gürcüstanın keçmiş baş naziri partiyasını gələn ay təqdim edəcək

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya may ayında partiyasının təqdimatını keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun tərəfdarı Giorgi Qoquadze “Formula” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda partiya quruculuğu üzrə fəal iş aparılır.

Keçmiş hökumət başçısının digər tərəfdarı Beka Liluaşili isə deyib ki, yaradılacaq partiya Gürcüstanda bu ilin payızında yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. O, hakim Gürcü Arzusu Partiyası ilə fikir ayrılıqlarına görə istefa verib. Onun hazırkı komandası hələlik hakim partiyanı aprelin 14-də tərk etmiş 6 deputatdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi