Gürcüstanın iqtisadiyyat naziri istefa verib

Gürcüstanın iqtisadiyyat naziri istefa verib Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia vəzifəsindən azad olunub.
Region
18 Aprel , 2019 21:56
Gürcüstanın iqtisadiyyat naziri istefa verib

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia vəzifəsindən azad olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri Mamuka Baxtadze müvafiq qərar imzalayıb.

G.Kobulianın səlahiyyətləri onun müavini Natia Turnavaya həvalə olunub. N.Turnava bu vaxta qədər iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, G.Kobulia 2018-ci ilin iyulun 12-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə təyin olunub. 

Son xəbərlər

Orphus sistemi