Gürcüstan Müdafiə Nazirliyinin “Delta” hərbi zavodunun bazasında koronavirusdan qoruyan vasitələrdən biri olan qalxan maskaların istehsalına başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.
Onun sözlərinə görə, müəssisədə artıq 5 000-ə yaxın qalxan maska istehsal olunub:
“Bu ləvazimat bütün dünyada lazımlı və çatışmayan qoruyucu vasitədir. Zavodda qalxan maskaların istehsalı davam etdiriləcək”.