Gürcüstanın hakim partiyası Tbilisidə mitinq keçirəcək

Gürcüstanın hakim partiyası Tbilisidə mitinq keçirəcək Gürcüstanın hakim Gürcü Arzusu Partiyası oktyabrın 27-də saat 17:00-da Tbilisidə kütləvi aksiya təşkil edəcək.
Region
25 Oktyabr , 2021 14:16
Gürcüstanın hakim partiyası Tbilisidə mitinq keçirəcək

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası oktyabrın 27-də saat 17:00-da Tbilisidə kütləvi aksiya təşkil edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, seçki öncəsi mitinqdə “Gürcü Arzusu”nun on minlərlə tərəfdarı toplaşacaq və gürcü xalqının gücü nümayiş etdiriləcək: “Gürcüstanın gələcəyinə, sülh, sabitlik və inkişafa dəyər verən hər kəsi aksiyada gözləyirik”.

Qeyd edək ki, qonşu ölkədə oktyabrın 30-da yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi