Gürcüstanın hakim partiyası prezidentin mümkün impiçmentinə münasibət bildirib

Gürcüstanın hakim partiyası prezidentin mümkün impiçmentinə münasibət bildirib “İndi Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkə konstitusiyasını pozduğuna görə impiçmenti ilə bağlı məsələ qaldırmaq zamanı deyil”.
Region
15 Mart , 2022 17:03
Gürcüstanın hakim partiyası prezidentin mümkün impiçmentinə münasibət bildirib

“İndi Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkə konstitusiyasını pozduğuna görə impiçmenti ilə bağlı məsələ qaldırmaq zamanı deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının parlament fraksiyasının lideri Mamuka Mdinaradze deyib.

O qeyd edib ki, dövlət başçısının əsas qanunu pozması halı baş verib:

“Lakin hesab etmirəm ki, çoxluqda impiçment haqqında danışmağa başlayacaq insanlar olsun. Bu gün biz impiçment barədə danışmayacağıq. Bu gün bunun üçün zaman deyil”.

M.Mdinaradze bildirib ki, impiçment üçün əsaslar konstitusiyada yazılıb və bu məsələ parlamentin səlahiyyətlərinə daxildir.

Qeyd edək ki, hakim partiyanın Siyasi Şurası bu gün bəyanat yayaraq bildirib ki, S.Zurabişvili xarici siyasətin həyata keçirilməsində konstitusiyanı kobud şəkildə pozub. Bu səbədən Gürcüstan hökuməti dövlət başçısı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Son xəbərlər

Orphus sistemi