Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə cəzalar təsdiqləndi

Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə cəzalar təsdiqləndi Gürcüstan parlamenti dövlətin ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə tətbiq ediləcək cəzaları təsdiqləyib.
Region
22 May , 2020 17:09
Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə cəzalar təsdiqləndi
0 : 00
0 : 00

Gürcüstan parlamenti dövlətin ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə tətbiq ediləcək cəzaları təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin Cinayət və İnzibati Xətalar məcəllələrinə düzəlişlər layihəsi qəbul olunub.

Layihəyə əsasən, Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya bölgələrinin əks olunmadığı xəritələrin hazırlanması, yayılması, satışı, reklamı, idxal-ixracına görə fiziki şəxslər 150 lari (47 ABŞ dolları), hüquqi şəxslər 300 lari (94 ABŞ dolları) məbləğində cərimə olunacaqlar və ya onları iki ilədək həbs cəzası gözləyə bilər.

Qanun dəyişiklikləri bu il iyulun 2-də qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi