Gürcüstanın baş naziri yeni nazir namizədlərini təqdim edib

Gürcüstanın baş naziri yeni nazir namizədlərini təqdim edib Müdafiə naziri vəzifəsinə Tina Xidaşelinin namizədliyi təqdim olunub
Region
1 May , 2015 12:25
Gürcüstanın baş naziri yeni nazir namizədlərini təqdim edib

Bakı. 1 may. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili yeni 4 nazirin namizədlərini təqdim edib. Bu barədə "Report" Gürcüstan mətbuatına istinadən xəbər verir. 

Bundan sonra parlament yenilənmiş hökumətin etimad rəyinə görə səs verməlidir. 

2014-cü il iyul ayında təsdiq edilən İ.Qaribaşvilinin rəhbərlik etdiyi hökumətə etimadın bildirilməsinə dair məsələ aprelin 29-da Nazirlər Kabinetinin sayca 7-ci üzvü - Gürcüstanın idman və gənclər naziri Levan Kipiani tutduğu vəzifədən istefa verməsindən sonra qaldırılıb. Bundan 1 gün əvvəl, yəni aprelin 28-də ətraf mühitin və təbii sərvətlərin mühafizəsi naziri Elquca Xokrişvili istefaya gedib. 

Gürcüstanın idman və gənclər naziri vəzifəsinə "Iberia Business Group" avtomobil holdinqinin prezidenti Tariel Xiçikaşvilinin namizədliyi təqdim olunub, ətraf mühitin və təbii sərvətlərin mühafizəsi naziri vəzifəsinə - parlamentin deputatı Qiqla Aqulaşvili, müdafiə naziri vəzifəsinə isə - Parlament Komitəsinin Avropa İnteqrasiyası məsələləri üzrə sədri Tina Xidaşelinin namizədliyi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi