Gürcüstanın baş naziri vəzifəsinə namizədin bu gün açıqlanacağı gözlənilir

Gürcüstanın baş naziri vəzifəsinə namizədin bu gün açıqlanacağı gözlənilir Hakim partiyanın Siyasi Şurasının iclası keçirilir
Region
18 Fevral , 2021 16:11
Gürcüstanın baş naziri vəzifəsinə namizədin bu gün açıqlanacağı gözlənilir

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının iclası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, toplantıda yeni hökumətin formalaşdırılması məsələsi müzakirə olunur.

Toplantı sabaha təyin olunsa da, partiya rəhbərliyi iclasın bu gün keçirilməsi barədə qərar qəbul edib.

Partiyanın baş nazir vəzifəsinə namizədinin də bu gün məlum olacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, hökumət başçısı postuna “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze daxil olmaqla bir neçə namizəd nəzərdən keçirilir.

Siyasi Şuranın toplantısından sonra parlament çoxluğu da bir araya gələcək.

Son xəbərlər

Orphus sistemi