Gürcüstanın baş naziri vəzifəsinə namizəd sabah məlum olacaq

Gürcüstanın baş naziri vəzifəsinə namizəd sabah məlum olacaq Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası baş nazir postuna namizədi sabah irəli sürəcək
Region
18 Fevral , 2021 11:57
Gürcüstanın baş naziri vəzifəsinə namizəd sabah məlum olacaq
İrakli Kobaxidze

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası baş nazir postuna namizədi sabah irəli sürəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, partiyanın Siyasi Şurasının sabah toplantısı keçiriləcək və hökumət başçısı vəzifəsinə namizədlə bağlı qərar qəbul olunacaq.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Qaxariya bu gün istefa verib.

Son xəbərlər

Orphus sistemi