Özbəkistana səfərini başa vuran Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkmənistana gedib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyanın Mətbuat xidmətindən bildirilib.
Hökumət başçısının rəhbərlik etdiyi nümayəndə heyətini Aşqabad beynəlxalq hava limanında Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Muxammetqeldi Serdarov və Gürcüstanın bu ölkədəki müvəqqəti nümayəndəsi Avtandil Nafetvaridze qarşılayıb.