Gürcüstanın baş naziri Türkiyəyə səfər edəcək   

Gürcüstanın baş naziri Türkiyəyə səfər edəcək    Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyunun 1-də Türkiyəyə səfər edəcək
Region
26 May , 2021 10:46
Gürcüstanın baş naziri Türkiyəyə səfər edəcək   
İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 1-də Türkiyəyə səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanın Müstəqillik Günü ilə bağlı hökumət başçısına göndərdiyi təbrik məktubunda bildirilib.

Dövlət başçısı qeyd edib ki, səfər ikitərəfli münasibətlər və bölgədəki cari proseslərin müzakirəsi üçün yaxşı imkan olacaq.

R.T.Ərdoğan Türkiyə və Gürcüstan arasında mehriban qonşuluq və strateji əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib.

İngilis versiyası Georgian PM to visit Turkey

Son xəbərlər

Orphus sistemi