Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi Cümə məscidinə baş çəkib.
“Report”un yerli bürosu xəbər verir ki, o, müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.
Hökumət başçısı Gürcüstanda tarixən müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanların birgə dinc şəraitdə yaşadığını qeyd edib. Onun sözlərinə görə, Gürcüstanın müsəlman icması ölkənin qurulması və inkişafına mühüm töhfə verir.
Mərasimdə Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Azərbaycan, Türkiyə və digər müsəlman ölkələrin diplomatları da iştirak ediblər.


