Gürcüstanın Baş naziri “Şərq tərəfdaşlığı” sammitinə dəvət alıb

Gürcüstanın Baş naziri “Şərq tərəfdaşlığı” sammitinə dəvət alıb Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə dəvət olunub.
Region
114
1 Dekabr , 2021 19:50
Gürcüstanın Baş naziri “Şərq tərəfdaşlığı” sammitinə dəvət alıb
İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə dəvət olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda bildirilib.

Rəsmi dəvət Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən ünvanlanıb.

Məktubda qeyd olunub ki, sammit davam edən qlobal çağırışlar arasında “Şərq tərəfdaşlığı”nın strateji əhəmiyyətini bir daha təsdiqləyəcək.

Əməkdaşlığın dərinləşdirilməsi, qlobal və regional çağırışlara cavab və digər önəmli məsələlərin müzakirəsinin aparılacağı toplantıda Aİ-yə üzv 27 ölkə və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının qatılacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi