Bakı. 25 dekabr. REPORT.AZ/ Gürcüstanın hakim koalisiyadan ibarət olan parlament əksəriyyəti ölkənin baş naziri vəzifəsinə namizəd qismində xarici işlər naziri vəzifələrinin icraçısı, baş nazirin müavini Georgiya Kvirikaşvilini təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə parlament fraksiyasının sədri Giya Volski məlumat verib.
"Sabah baş nazirin vəzifələrinin icraçısı İrakli Qaribaşvili Georgiya Kvirikaşvilini parlamentə gətirərək təqdim edəcək", — deyə o bildirib.
Onun sözlərinə görə, Kvirikaşvili dörd namizədin arasından seçilib.