“Etnik mənsubiyyətindən və yaşadığı bölgədən asılı olmayaraq, vətəndaşlarımızın hər birinə fövqəladə vəziyyət zamanı bərabər xidmətlər göstərilir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.
O, qubernatorlara yerlərdə məlumatların çatdırılması üçün effektiv tədbirlər görməyə çağırıb: “Yerli bələdiyyə orqanlarını hər bir vətəndaşa informasiyaların çatdırılması və dövlətin təqdim etdiyi üstünlüklər barədə məlumatlandırma ilə bağlı səylərini ikiqat artırmağa çağırıram”.