Gürcüstanın baş naziri Marneuli və Qardabaniyə səfər edəcək

Gürcüstanın baş naziri Marneuli və Qardabaniyə səfər edəcək Gürcüstanın baş naziriGiorgi Qaxariabu gün azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarına səfər edəcək.
Region
317
21 Avqust , 2020 09:28
Gürcüstanın baş naziri Marneuli və Qardabaniyə səfər edəcək
Giorgi Qaxaria

Gürcüstanın Baş naziri Giorgi Qaxaria bu gün azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarına səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, hakim Gürcü Arzusu Partiyasının Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlığa namizədi Zaur Darğallının rəsmi təqdimetmə mərasimində iştirak edəcək.

“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze, parlament sədri Arçil Talakvadze və partiyanın digər rəsmi nümayəndələri də tədbirlərə qatılacaqlar.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Z.Darğallı ötən ilin mayından Marneulinin meridir. O, seçki kampaniyası başlayan kimi – sentyabr ayında vəzifəsini tərk edəcək.    

Son xəbərlər

Orphus sistemi