Gürcüstanın baş naziri istefası barədə məlumatlara münasibət bildirib

Gürcüstanın baş naziri istefası barədə məlumatlara münasibət bildirib Gürcüstanın baş naziri Giorgi Qaxariya istefası barədə yayılan məlumatları şərh edib
Region
149
12 Fevral , 2021 14:44
Gürcüstanın baş naziri istefası barədə məlumatlara münasibət bildirib
Giorgi Qaxaria

Gürcüstanın Baş naziri Giorgi Qaxariya istefası barədə yayılan məlumatları şərh edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, jurnalistlərə açıqlamasında həmin informasiyaları adi şayiə adlandırıb.

Baş nazirin sözlərinə görə, istefası ilə bağlı suallar artıq bir ildən çoxdur səsləndirilir: “Bu suallar artıq yormağa başlayır. Biz daha məzmunlu mövzular barədə danışa bilərik?!”

G.Qaxariya bu məsələnin artıq yumora çevrildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi