Gürcüstanın Baş naziri: “Ərazilərimizi sülh, düzgün, ağıllı və praqmatik siyasətlə qaytarmalıyıq”

Gürcüstanın Baş naziri: “Ərazilərimizi sülh, düzgün, ağıllı və praqmatik siyasətlə qaytarmalıyıq” “Biz öz ərazilərimizi sülh, düzgün, ağıllı və praqmatik siyasətlə qaytarmalıyıq”.
Region
8 avqust 2023 07:27
Gürcüstanın Baş naziri: “Ərazilərimizi sülh, düzgün, ağıllı və praqmatik siyasətlə qaytarmalıyıq”
İrakli Qaribaşvili

“Biz öz ərazilərimizi sülh, düzgün, ağıllı və praqmatik siyasətlə qaytarmalıyıq”.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsinin 15 illiyi ilə bağlı bildirib.

Onun sözlərinə görə, əsas problem bu işğala son qoyulmasıdır: "Rusiyanın işğalçı və təcavüzkar olmasını bütün dünya bilir. Sadəcə bir daha qeyd etmək istəyirəm ki, biz düzgün, sülhsevər siyasət işləyib hazırlamışıq. Bu siyasət ərazilərimizi işğaldan azad etməyə və torpaqlarımızın yekun birləşməsinə aparmalıdır".

Gürcüstanın Baş naziri daha sonra avqust müharibəsinin 15-ci ildönümü ilə əlaqədar həlak olanların xatirəsini ehtiramla yad edib, Muxatqavedi qəbiristanlığında onların abidələri önünə əklil qoyub.

Son xəbərlər

Orphus sistemi