Gürcüstanın Baş naziri BMT-nin Baş Assambleyasında çıxış edəcək

Gürcüstanın Baş naziri BMT-nin Baş Assambleyasında çıxış edəcək Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 20-dən 25-dək Nyu-Yorkda səfərdə olacaq.
Region
20 Sentyabr , 2021 09:23
Gürcüstanın Baş naziri BMT-nin Baş Assambleyasında çıxış edəcək
İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 20-dən 25-dək Nyu-Yorkda səfərdə olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, o, BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edəcək.

Toplantı çərçivəsində hökumət başçısının yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılıb.

İ.Qaribaşvili sessiya iştirakçılarına sentyabrın 24-də müraciət edəcək. O, çıxışında Gürcüstan və beynəlxalq ictimaiyyətin üzləşdiyi çağırışlar və onların həllində birgə səylərin əhəmiyyətinə diqqət yönəldəcək.

Baş naziri səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, təhsil və elm naziri Mixeil Çxenkeli və Hökumət Adminsitrasiyasının rəhbəri İlya Darçiaşvili müşayiət edəcəklər.

Son xəbərlər

Orphus sistemi