Gürcüstanın Baş naziri Batumidədir

Gürcüstanın Baş naziri Batumidədir “Batumidəki insidentlə bağlı bütün müvafiq xidmətlər səfərbər olunub. Xəsarət alanların dağıntılar altından çıxarılması üçün xilasetmə işləri aparılır”.
Region
199
8 Oktyabr , 2021 17:39
Gürcüstanın Baş naziri Batumidədir
İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Batumidədir.

“Report”un yerli bürosu xəbər verir ki, o, binanın çökdüyü əraziyə baş çəkib və vəziyyətlə yerində tanış olub.

Hökumət başçısını daxili işlər naziri Vaxtanq Qomelauri və Acarıstanın hökumət başçısı Tornike Rijvadze müşayiət edir.  

14.43

“Batumidəki insidentlə bağlı bütün müvafiq xidmətlər səfərbər olunub. Xəsarət alanların dağıntılar altından çıxarılması üçün xilasetmə işləri aparılır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, dövlət bütün xəsarət alanlara və zərərçəkənlərə müvafiq kömək göstərəcək.

Baş nazir qeyd edib ki, daxili işlər naziri Vaxtanq Qomelauri Batumiyə yola düşüb: “Mən şəxsən bu gün özüm Batumiyə gedib vəziyyətlə yerində tanış olacağam”.

Qeyd edək ki, bu gün saat 12:00 radələrində Batumidə beşmərtəbəli binanın bir bloku çöküb. Dağıntılar altından iki uşaq sağ çıxarılıb. Digər insanların axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi