Gürcüstanın baş naziri azərbaycanlıların yaşadığı bölgəyə səfər edəcək

Gürcüstanın baş naziri azərbaycanlıların yaşadığı bölgəyə səfər edəcək Bu gün Gürcüstanın baş naziri Giorgi Qaxaria azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsinə səfər edəcək.
Region
18 Avqust , 2020 10:16
Gürcüstanın baş naziri azərbaycanlıların yaşadığı bölgəyə səfər edəcək
Giorgi Qaxaria

Bu gün Gürcüstanın Baş naziri Giorgi Qaxaria azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinə səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı hakim Gürcü Arzusu Partiyasının Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka dairəsi üzrə majoritar deputatlığa namizədi Qogi Meşvelianinin yerli sakinlərə rəsmi təqdimetmə mərasimində iştirak edəcək.

Tədbirlər Tsalka, Dmanisi və Bolnisi rayonlarında baş tutacaq. Hakim partiyanın baş katibi Kaxa Kaladze, parlament sədri Arçil Talakvadze və digər rəsmi şəxslər də mərasimlərdə iştirak edəcəklər.

Növbəti günlərdə Gürcü Arzusu Partiyasının Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlığa namizədi Zaur Darğallı da rəsmən təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi