Gürcüstanın baş epidemioloqu Qardabanidəki vəziyyətdən narahatdır

Gürcüstanın baş epidemioloqu Qardabanidəki vəziyyətdən narahatdır “Qardabaninin Qaracalar kəndində sərt karantin rejiminin ləğvinə baxmayaraq, oradakı vəziyyət narahatlıq doğurmaqda davam edir”.
Region
474
19 Avqust , 2020 13:04
Gürcüstanın baş epidemioloqu Qardabanidəki vəziyyətdən narahatdır
Amiran Qamkrelidze

“Qardabaninin Qaracalar kəndində sərt karantin rejiminin ləğvinə baxmayaraq, oradakı vəziyyət narahatlıq doğurmaqda davam edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, həm Qardabani, həm də Qaracalar kəndi diqqət mərkəzində saxlanılır: “Qaracalarda karantin qaydaları ləğv olunsa da, kənddə tibbi yoxlamalar davam etdirilir. Kənd Tbilisi yaxınlığında yerləşir və paytaxtda infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülür”.

Qeyd edək ki, Qaracalarda karantin rejimi iyulun 24-dən avqustun 10-dək tətbiq olunub. 

Orphus sistemi