Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeni yoluxma halları qeydə alındı

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeni yoluxma halları qeydə alındı Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində koronavirusa yeni yoluxma halları təsdiqlənib.
Region
1739
14 İyun , 2020 12:00
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeni yoluxma halları qeydə alındı

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində koronavirusa yeni yoluxma halları təsdiqlənib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Sərt karantin rejiminin tətbiq olunduğu kənddən iki gün öncə 21 sakinin bioloji materialı Tbilisiyə laboratoriyaya göndərilib. 

Dörd nəfərin COVID-19-la bağlı testinin nəticəsi pozitiv çıxıb. Həmin şəxslər özünütəcrid rejimində olublar.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 851 nəfər yoluxub. Onların 703-ü sağalıb, 14-ü isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi