Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin rejimi götürüldü

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin rejimi götürüldü Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində sərt karantin rejimi ləğv olunub.
Region
962
10 Avqust , 2020 10:20
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin rejimi götürüldü
0 : 00
0 : 00

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində sərt karantin rejimi ləğv olunub.

“Report”un yerli bürosu xəbər verir ki, ötən gün kənddə əhalinin kütləvi testdən keçirilməsi prosesi başa çatdırılıb.

Bu gündən Qaracalara giriş-çıxış bərpa olunub, bütün məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, Qaracalar iyulun 24-dən koronavirusun yayılması təhlükəsi ilə bağlı təcrid olunmuşdu. Qardabanidə indiyədək 71 nəfərdə COVID-19 aşkarlanıb, 10 nəfər artıq sağalıb. Yoluxma hallarının 42-si Qaracalarda qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi