Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə yeni qubernator təyin olunub

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə yeni qubernator təyin olunub Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsinə yeni qubernator təyin olunub.
Region
1 Dekabr , 2021 12:53
Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə yeni qubernator təyin olunub
Giorgi Doxturişvili

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinə yeni qubernator təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu vəzifəyə 33 yaşlı Giorgi Doxturişvili təyinat alıb.

O, bu ilin sentyabrından vəzifəsindən istefa vermiş Şota Rexviaşvilinin müavini vəzifəsində çalışıb.

Yeni quberantor bu gündən vəzifəsinin icrasına başlayıb.

Yayılan məlumatlara əsasən, 2018-ci ildən Kvemo Kartlidə dövlət səlahiyyətlisi olmuş Ş.Rexviaşvili fəaliyyətini Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin idarəsində davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi