Ruslan Hacıyev: “Etnik zəmində təhqiramiz ifadələrlə bağlı lazımı ölçü götürüləcək”

Ruslan Hacıyev: “Etnik zəmində təhqiramiz ifadələrlə bağlı lazımı ölçü götürüləcək” Gürcüstan parlamentinin Marneulidən majoritar deputatı Ruslan Hacıyev koronavirusla bağlı vəziyyətin fonunda sosial mediada etnik zəmində yer alan təhqiramiz ifadələrə münasibət bildirib.
Region
1611
25 Mart , 2020 16:32
Ruslan Hacıyev: “Etnik zəmində təhqiramiz ifadələrlə bağlı lazımı ölçü götürüləcək”

Gürcüstan parlamentinin Marneulidən majoritar deputatı Ruslan Hacıyev koronavirusla bağlı vəziyyətin fonunda sosial mediada etnik zəmində yer alan təhqiramiz ifadələrə münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bir neçə axmaq və səfeh insanın yazdığı bu cür rəy və şərhləri ciddiyə almamağa çağırıb.

R.Hacıyevin sözlərinə görə, bu məsələ barədə hüquq mühafizə orqanları məlumatlıdırlar və lazımı ölçü götürüləcək.

Parlament üzvü qeyd edib ki, virisun nə milləti, nə dini var: “Biz, gürcü qardaşlarımızla birgə bunu bilirik və təsdiq edirik ki, biz azərbaycanlılar Gürcüstanın tamhüquqlu vətəndaşlarıyıq. Gürcüstan bizim ana vətənimizdir. Bu torpaqlarda gürcü qardaşlarımızla bərabər bizim babalarımız yaşayıb, biz yaşayırıq və bizim balalarımız da yaşayacaq. Şad və ağır dövrlərdə gürcü və Azərbaycan xalqlarının dostlugu ölkəmizin firavanlığına təkan və dəstək olub. İnanıram ki, yaranan vəziyyətdən də birgə şərəflə çıxacağıq”.

Son xəbərlər

Orphus sistemi