Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 933 milyon dollara çatıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 933 milyon dollara çatıb Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 932 milyon 777,1 min dollar təşkil edib.
Region
19 Dekabr , 2019 11:04
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 933 milyon dollara çatıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 932 milyon 777,1 min dollar təşkil edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabata əsasən, bu ilin 11 ayı ərzində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1%-ə bərabər olub.

Yanvar-noyabr aylarında Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra 4-cü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi