Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Region
653
25 Fevral , 2021 11:11
Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Bayraq Gürcüstanın sovet işğalının 100-cü ildönümü ilə bağlı endirilib.

“Qırmızı orduya qarşı qeyri-bərabər döyüşlərdə Gürcüstanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edirik”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib. Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub. Bu gün qonşu ölkədə bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Son xəbərlər

Orphus sistemi