Gürcüstanın AŞPA-dakı təmsilçisi: “Azərbaycan-Ermənistan humanitar razılaşması dialoq potensialını nümayiş etdirir”

Gürcüstanın AŞPA-dakı təmsilçisi: “Azərbaycan-Ermənistan humanitar razılaşması dialoq potensialını nümayiş etdirir” “Bölgədə ümumi regional maraqlar naminə dialoq təşviq olunmalıdır”
Region
27 sentyabr 2021 18:19
Gürcüstanın AŞPA-dakı təmsilçisi: “Azərbaycan-Ermənistan humanitar razılaşması dialoq potensialını nümayiş etdirir”
İrakli Çikovani

“Gürcüstan Cənubi Qafqazın münaqişə bölgəsindən sülh regionuna çevrilməsi üçün sülh və təhlükəsizliyin təşviqinə hər zaman hazırdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri İrakli Çikovani qurumun payız sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bölgədə diqqət ümumi regional maraqlar naminə dialoqun təşviqi və etimadın möhkəmləndirilməsinə yönəldilməlidir.

İ.Çikovani bildirib ki, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşma tərəflər arasında dialoq üçün potensialı nümayiş etdirib və prosesin davamı üçün faktiki olaraq yaxşı zəmin yaradıb.

Deputat qeyd edib ki, Cənubi Qafqazda sülhün bərqərar olunması bölgədə mehriban qonşuluq münasibətlərini möhkəmləndirə və dayanıqlı inkişafa şərait yarada bilər.

Son xəbərlər

Orphus sistemi