Gürcüstanın ali məktəbi Azərbaycanşünaslıq mərkəzinin yaradılmasına hazırdır

Gürcüstanın ali məktəbi Azərbaycanşünaslıq mərkəzinin yaradılmasına hazırdır “Gürcüstanın Texniki Univesitetinin nəzdində Azərbaycanşünaslıq mərkəzinin yaradılmasına hazırıq və bununla bağlı müzakirələr davam etdirilir”.
Region
28 May , 2022 16:48
Gürcüstanın ali məktəbi Azərbaycanşünaslıq mərkəzinin yaradılmasına hazırdır
David Qurgenidze

“Gürcüstanın Texniki Univesitetinin nəzdində Azərbaycanşünaslıq mərkəzinin yaradılmasına hazırıq və bununla bağlı müzakirələr davam etdirilir”.

Bunu ali məktəbin rektoru David Qurgenidze “Report”un yerli bürosunun sualına cavabında deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ilkin razılıq Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə bu ilin fevralında Tbilisidə keçirilən görüşdə əldə olunub: “Ali məktəbimizdə 2012-ci ildən Litva dili və mədəniyyəti mərkəzi uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycanşünaslıq mərkəzinin yaradılması istiqamətində işlər aparırıq”.

D.Qurgenidze, həmçinin, qeyd edib ki, Gürcüstan və Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi üçün ümumi platformanın yaradılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi