“Gürcüstan ərazisindən istənilən ölkə tərəfindən hərbi məqsədlərlə yüklərin tranziti üçün istifadəyə qadağa qoyulub”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.
O deyib ki, Gürcüstanın qonşuları bunu bilir və bu yanaşmaya anlayışla yanaşırlar.
Komitə sədrinin sözlərinə görə, Gürcüstan münaqişə ilə bağlı məlum səbəblərə görə bir növ bitərəf mövqe tutur: “Çünki həm Azərbaycan, həm də Ermənistanla olduqca yaxşı qonşuluq münasibətlərimiz var. Biz hazırkı vəziyyəti təhlil edirik, prosesi müşahidə edirik və bütün ssenarilərə hazırıq”.