Gürcüstandan Ermənistana tüfəng keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Ermənistana tüfəng keçirilməsinin qarşısı alınıb Gürcüstandan Ermənistana 6 ədəd pnevmatik tüfəng keçirmək istəyən şəxs saxlanılıb.
Region
12 Dekabr , 2019 10:45
Gürcüstandan Ermənistana tüfəng keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Ermənistana 6 ədəd pnevmatik tüfəng keçirmək istəyən şəxs saxlanılıb.

“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Dövlət Gəlirlər Komitəsinin mətbuat xidməti yayıb.

Gürcüstandan Ermənistana keçmək istəyən avtomobilə Baqrataşen gömrük məntəqəsində baxış zaman tüfəng aşkarlanıb. Tüfənglərin Ermənistan vətəndaşına məxsus olduğu müəyyənləşdirilib. 

Gömrük qaydalarının pozulması haqqında akt tərtib edilib. Tüfənglər gömrüyün anbarında saxlanılır. 

Son xəbərlər

Orphus sistemi