Bakı. 19 oktyabr. REPORT.AZ/ Gürcüstandan 2015-ci ildə 3 min 400 nəfər mühacirət edib.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2014-cü ildə Gürcüstandan mühacirət edənlərin sayı 6 min 500 nəfər olub və immiqrasiya sahəsində mənfi saldo 3 min 100 nəfər təşkil edib.
Ümumiyyətlə, 2011-ci ilədək ölkədən mühacirə edənlərin sayı artıb. Ən böyük müsbət saldo 2005-ci ildə qeydə alınıb və 76 min 300 nəfər təşkil edib.