Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 21:34-də qeydə alınıb. Zəlzələnin episentri Kvareli rayonu ərazisində olub.