Gürcüstanın Acarıstan bölgəsində zəncirvari yol qəzası baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, mərkəzi magistralda Çakvi tuneli yaxınlığında yük maşını aşıb.
Nəqliyyat vasitəsi daha sonra digər yük maşını və iki minik avtomobili ilə toqquşub.
Hadisə zamanı iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.