Gürcüstanda koronavirusun aşkarlanması üzrə testlərin aparılması dairəsi genişləndirilir.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
O deyib ki, yeni alqoritmə qocalar evləri, fiziki imkanları məhdud olan şəxslər üçün pansionatlar və tranzit avtomobillərin sürücüləri daxil edilib.
Nazirin sözlərinə görə, bu kateqoriyalar kifayət qədər yüksək risk qrupuna aiddir: “Yeni alqoritm üzrə testlərin aparılmasına bu şənbə-bazardan etibarən başlanılacaq”.
Qeyd edək ki, COVID-19 pandemiyasına görə qonşu ölkədə tətbiq olunan məhdudiyyətlər tranzit yükdaşımalarına aid edilmir.