Gürcüstanda yol qəzasına düşən nazir müavini süni tənəffüs aparatına qoşulub

Gürcüstanda yol qəzasına düşən nazir müavini süni tənəffüs aparatına qoşulub Tbilisi. 19 noyabr. REPORT.AZ/ Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadzenin vəziyyəti ağır olaraq qalır.
Region
19 noyabr 2018 10:07
Gürcüstanda yol qəzasına düşən nazir müavini süni tənəffüs aparatına qoşulub

Tbilisi. 19 noyabr. REPORT.AZ/ Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadzenin vəziyyəti ağır olaraq qalır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu İnqorovka adına Klinikadan bildiriblər. 

Nazir müavininin vəziyyəti sabitdir və onun səhhətində əlavə ağırlaşmalar qeydə alınmayıb. O, reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, M.Giorqadze iki gün öncə Kaxeti bölgəsində yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nazir müavini çox sayda qabırğa sınıqları, ağciyərdə ikiqat zədələnmə və ağır kəllə-beyin travması ilə öncə Telavi Xəstəxanası, daha sonra isə İnqorovka adına Klinikaya yerləşdirilib.

M.Giorqadze bu ilin iyulunda Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini təyin olunub. Bu vaxta qədər o, mədəniyyət və idman naziri olub. 

Son xəbərlər

Orphus sistemi