Gürcüstanda yerli seçkilərin ikinci turu başa çatıb

Gürcüstanda yerli seçkilərin ikinci turu başa çatıb Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.
Region
30 Oktyabr , 2021 20:01
Gürcüstanda yerli seçkilərin ikinci turu başa çatıb

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, səsvermə prosesinə yerli vaxtla saat 20:00-da yekun vurulub.

Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına əsasən, Gürcüstan üzrə seçici fəallığı 39,5 %, Tbilisidə isə 38,7 % təşkil edib.

Xatırladaq ki, bu gün qonşu ölkədə Tbilisi də daxil olmaqla 20 şəhər və rayona mer, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) deputatlar seçilib.

Son xəbərlər

Orphus sistemi