Gürcüstanda yerli seçkilər başa çatıb

Gürcüstanda yerli seçkilər başa çatıb Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə yekunlaşıb.
Region
2 Oktyabr , 2021 20:00
Gürcüstanda yerli seçkilər başa çatıb

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə yekunlaşıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.

Seçki komissiyalarının üzvləri məntəqələrdə səsləri saymağa başlayıb. Proses başa çatdırılandan sonra yekun protokollar imzalanaraq ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.

MSK kifayət qədər protokol əldə edəndən sonra ilkin nəticələri dərc etməyə başlayacaq.

Son xəbərlər

Orphus sistemi