Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücumun təfərrüatı məlum olub, xəsarət alanlar var - YENİLƏNİB

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücumun təfərrüatı məlum olub, xəsarət alanlar var - YENİLƏNİB Gürcüstanın Dmanisi rayonunda kütləvi dava olub
Region
7298
17 May , 2021 00:10
Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücumun təfərrüatı məlum olub, xəsarət alanlar var - YENİLƏNİB

Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıya məxsus mağazanın önündə baş verən kütləvi davanın təfərrüatları məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, marketin satıcısı Səidə İsmayılova bu cür insidentlərin tez-tez baş verdiyini bildirib.

Onun sözlərinə görə, mağazaya daxil olan gənclər nisyə pivə almaq istəyiblər: “Mağazanın sahibi burada yox idi, həmin səbəbdən də bunun mümkün olmadığını dedim. Onlar mənə hədə-qorxu gəldilər, təhqir etdilər. Mübahisədən sonra bizi polis bölməsinə apardılar. Biz orada olarkən 40-50 nəfərlik kütlə mağazaya hücum edib”.

S.İsmayılova qeyd edib ki, Dmanisidə azərbaycanlılara məxsus ticarət obyektlərində bu cür hal ilk dəfə deyil baş verir: “Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”.

Hazırda insidentin baş verdiyi ərazidə istintaq tədbirləri həyata keçirilir. Yerli azərbaycanlılar marketin yaxınlığında toplaşıblar. Onlar hadisənin etnik zəmində baş verdiyini iddia edirlər.

16.05.2021. 23:41

Gürcüstanın Dmanisi rayonunda kütləvi dava olub.

“Report”un yerli bürosunun məlumatına görə, qarşıdurma yerli azərbaycanlılar və Svaneti bölgəsindən olan ekomiqrantlar arasında baş verib.

İnsidentdən öncə tərəflər mübahisə ediblər. Əllərində dəyənəklər və digər küt alətlər olan svanlar azərbaycanlılardan birinə məxsus mağazaya hücum edərək dağıntılar törədiblər.

Otuza yaxın şəxsin iştirak etdiyi dava zamanı bir neçə nəfərin ağır xəsarətlər aldığı bildirilir. Xəsarət alanlar arasında mağaza sahibinin qohumları da var.

Qarşıdurmaya səbəb kimi marketdə svanlara məhsulun nisyə satılmaması olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi