Gürcüstanda yeni siyasi hərəkat yaradılıb

Gürcüstanda yeni siyasi hərəkat yaradılıb Gürcüstanın paytaxtı Tbilisidə “Tribuna” adlı yeni siyasi hərəkatın təqdimatı keçirilib.
Region
22 İyun , 2019 16:50
Gürcüstanda yeni siyasi hərəkat yaradılıb

Gürcüstanın paytaxtı Tbilisidə “Tribuna” adlı yeni siyasi hərəkatın təqdimatı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, təşkilatın təsisçisi Gürcüstan parlamentinin bitərəf deputatı David Çiçinadzedir.

O bildirib ki, “Tribuna” hərəkatında müxtəlif yaş qrupuna və sahələrə aid olan insanlar təmsil olunacaq.

Deputat Gürcüstan hökumətinin hər gün səhv etdiyini söyləyərək, ölkədə yeni xalq hərəkatının yaradılmasına ehtiyac duyulduğunu deyib.

Qeyd edək ki, “Tribuna” hərəkatı 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi