Gürcüstanda yeni nazirliyin yaradılmasına qərar verilib

Gürcüstanda yeni nazirliyin yaradılmasına qərar verilib Gürcüstanın Mədəniyyət və İdman Nazirliyi Təhsil və Elm Nazirliyindən ayrılacaq.
Region
509
24 Dekabr , 2020 15:34
Gürcüstanda yeni nazirliyin yaradılmasına qərar verilib
0 : 00
0 : 00

Gürcüstanın Mədəniyyət və İdman Nazirliyi Təhsil və Elm Nazirliyindən ayrılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxariya parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, prosedual qaydada fevral ayına qədər baş verəcək. “Mədəniyyət və İdman Nazirliyinin ayrılması məsələsini bir neçə dəfə müzakirə etmişik və bununla bağlı qərar qəbul olunub. Bunun üçün qanunvericilik prosedurları tələb olunur və hesab edirəm ki, proses fevrala qədər başa çatdırılacaq”.

Son xəbərlər

Orphus sistemi