Gürcüstanda yeni aviataksilər istifadəyə verilib

Gürcüstanda yeni aviataksilər istifadəyə verilib Təyyarələr 5 nəfər sərnişin üçün nəzərdə tutulub
Region
4 Aprel , 2017 21:14
Gürcüstanda yeni aviataksilər istifadəyə verilib

Tbilisi. 4 aprel. REPORT.AZ/ “Adjara Group Hospitality” ("Adjara qonaqpərvərlər qrupu") yeni "Aviator" aviataksilərinin istismarına başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.

"Beechcraft king Air C90 GTx" taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, İrəvan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Şirkət gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.

Yeni, müasir tipli avadanlıqlarla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klass tələblərinə cavab verən bütün tələblər yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi