Gürcüstanda yaşlı cütlük koronavirusa qalib gəlib

Gürcüstanda yaşlı cütlük koronavirusa qalib gəlib Gürcüstanın Qori şəhərində koronavirusa yoluxan yaşlı ər-arvad sağalıb
Region
15 Fevral , 2021 17:14
Gürcüstanda yaşlı cütlük koronavirusa qalib gəlib

Gürcüstanın Qori şəhərində koronavirusa yoluxan yaşlı ər-arvad sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, kişinin 91, qadının isə 87 yaşı var.

Cütlük yanvarın 27-dən klinikada müalicə olunub. Qadın işemik insult keçirib və ürək çatışmazlığından əziyyət çəkib. Onun ağciyərlərinin böyük hissəsi zədəli olub. Buna baxmayaraq, həkimlər onun və həyat yoldaşının həyatını xilas edə biliblər.

Xəstəxananın tibbi heyəti ər-arvadı sağalmaları münasibətilə təbrik edib. Cütlük bu gün evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi